C-300 qalmaqalı: İranla Rusiya razılaşdı
Tarix: 26-05-2015, 15:10 | Çap et
C-300 qalmaqalı: İranla Rusiya razılaşdı
“İran və Rusiya C-300 raket kompleksinin ilk fürsətdəcə Tehrana verilməsi ilə bağlı razılaşıblar”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İranın Xarici İşlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan çıxış edib.

Rəsmi Moskva isə İranla belə razılığın olub-olmaması ilə bağlı məsələyə münasibət bildirməyib.

Hüseyn Əmir Abdullahiyan dünən Moskvaya yola düşüb. O, burada Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanovla görüşməli idi. Abdullahiyanın Moskvaya səfərinin məqsədləri sırasında İŞİD-lə birgə mübarizə və Yəmən məsələsinin həlli ilə bağlı müzakirələrin aparılması dayanırdı.

Xatırladaq ki, Vladimir Putin İrana C-300 raket komplekslərinin verilməsinə icazəni bu il aprelin 13-də imzalayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net