“Xəstəxanada yanğında xəsarət alan 10 nəfər qalıb” – AÇIQLAMA
Tarix: 26-05-2015, 13:02 | Çap et
“Xəstəxanada yanğında xəsarət alan 10 nəfər qalıb” – AÇIQLAMA
“Binəqədi rayonunda baş verən yanğında xəsarət alan şəxslərdən 10 nəfəri hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicələrini davam etdirirlər”.

Bu barədə Modern.az saytına Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

O qeyd edib ki, xəstələr nəzarət altındadır: “3-ü azyaşlı, 6-sı qadın və bir nəfəri kişi olmaqla hər biri Səhiyyə Nazirliyinin rəhbərliyinin daim nəzarəti altındadırlar. Xəsarət alanları nazirliyin səlahiyyətli şəxsləri vaxtaşırı ziyarət edir, onların səhhəti, müalicənin gedişi ilə yaxından tanış olurlar.

Onlar ixtisaslaşmış mütəxəssislərin tam nəzarəti altındadırlar. Xəstələrin heç bir həyatı təhlükəsi yoxdur”.

Binəqədi rayonu. Azadlıq 200/36 ünvanında baş verən yanğın nəticəsində 16 nəfər dünyasını dəyişib. 56 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əksəriyyəti evə buraxılan zərərçəkənlərdən 10 nəfərin müalicəsi xəstəxana şəraitində davam etdirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net