"Maşını Samir Cavadzadə qazanacaq"
Tarix: 26-05-2015, 12:49 | Çap et
"Maşını Samir Cavadzadə qazanacaq"
Bu, "Maşın" realiti-şounu finalın bir addımlığında tərk edən Anar Ağakişiyevin fikridir.

ANS PRESS-in məlumatına görə, ANS TV-nin efirində yayımlanan realiti-şounun qalibinin kim olacağı hazırda gündəmin ən çox müzakirə olunan mövzularından biridir.

Realiti-şounun "Daha bir nağıl" şüarı ilə star götürən 13-cü sürətinin finalı başladı. Bundan sonra əsas hədiyyə olan bahalı avtomobil uğrunda finala qalan üç iştirakçı - meyxanaçı Rəşad Dağlı, müğənnilər Xatirə İslam və Samir Cavadzadə mübarizə aparacaq.

İlk gündən maraqlı və açıq oyun nümayiş etdirən stilist Anar Ağakişiyev, Samir Cavadzadənin qalib olacağını istəyir.

"Maşının ətrafında dayananlardan Samirin maşını yoxdur. Xatirənin də, Rəşadın da maşını var. Ona görə də çox istəyərdim ki, maşın onun olsun. Məncə Xatirə ilə Rəşad ona bu imkanı yaradacaqlar" - deyən Anar, hər üç finalçıya uğur arzulasa da, Samir Cavadzadənin sona qalmasını istədiyini bildirdi.

Realiti-şounun finalının şərtləri isə asan deyil. Bu şərtlərə kimin sonadək tab gətirəcəyi, kimin sonadək mübarizə aparacağını isə təxmin etmək mümkün deyil. Bu gündən etibarən iştirakçılar daimi maşın ətrafında durmalı olacaqlar. Gərginlik məhz indi başlayır.

Əsəbləri tarıma çəkilmiş iştirakçıların canlı efirdə nümayiş etdirəcəyi oyunu izləmək istəyirsizsə, axşam saat 22:00-da, ANS TV-ın canlı yayımında realiti şounu izləyin!





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net