“Rusiya donmuş münaqişənin tərəfdarıdır” – Zərdüşt Əlizadə
Tarix: 26-05-2015, 12:30 | Çap et
“Rusiya donmuş münaqişənin tərəfdarıdır” – Zərdüşt Əlizadə
“Rusiya bununla da bütün Cənubi Qafqaz ərazilərinə nəzarəti əlində saxlamaq istəyir”.

Bunu Hafta.az-a açıqlamasında Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşünü şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib. Politoloqun sözlərinə görə, dünən Moskvada baş tutan Lavrov–Məmmədyarov görüşü Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir irəliləyişə nail olmayacaq:

“Rusiyanın istəyi odur ki, münaqişə donmuş şəkildə qalsın. Donmuş münaqişə imkan verir ki, Ermənistan Azərbaycanı nəzarət altında saxlasın. Rusiya bununla da bütün Cənubi Qafqaz ərazilərinə nəzarət edə bilsin. Bu variant kəsərlidirsə Kreml bu vəziyyəti nəyə görə dəyişsin ki?! Rusiya nə Azərbaycanın, nə də Ermənistanın günclənməsini istəmir. Hazırda İrəvan və Moskva da Qarabağ münaqişəsi ilə bağlı hazırkı status-kvonun saxlanmasında maraqlıdır. Azərbaycan tərəfi isə məsələnin həlli üçün çox çalışsa da, hələlik heç nə alınmır”.

Zərdüşt Əlizadə həmçinin Avropa Yay Olimpiya Oyunları öncəsi erməni diplomatiyasının Azərbaycana qarşı təxribat edəcəyi proqnozlarına da münasibət bildirib:

“Ermənistanın beynəlxalq aləmdə təsir gücü sıfıra bərabərdir. Belə şeylərə inanmayın”.

Xatırladaq ki, mayın 25-də Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri – Sergey Lavrov və Elmar Məmmədyarov arasında ikitərəfli görüş keçirilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net