Rusiyadan xəbərdarlıq: ABŞ “rus ovu”na çıxdı
Tarix: 23-05-2015, 16:19 |
Çap et
ABŞ Rusiya vətəndaşlarına qarşı “ov”a çıxıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda Rusiya vətəndaşlarına xarici ölkələrə səfər etməzdən əvvəl bütün riskləri nəzərə almaları tövsiyə edilib.
Nazirlik xaricdəki rusların ABŞ tərəfindən saxlanılma, ya da həbs olunma təhlükəsi ilə qarşı-qarşıya olduqlarını vurğulayıb.
XİN-in yaydığı məlumatda ABŞ-ın beynəlxalq hüquq normalarını heçə sayaraq və digər ölkələr üzərindəki nüfuzundan istifadə edərək reallaşdırdığı “rus ovu”nun qəbuledilməz olduğu bildirilib.
Rəsmi Moskva “rus ovu”na üçüncü ölkələrdə saxlanılan və daha sonra ABŞ-a göndərilən Viktor Bout və Konstantin Yaroşenko hadisələrini nümunə göstərib.