Gürcüstanın baş naziri prezident İlham Əliyevə başsağlığı verib
Tarix: 23-05-2015, 15:19 | Çap et
Gürcüstanın baş naziri prezident İlham Əliyevə başsağlığı verib
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

SalamNews xəbər verir ki, məktubda deyilir: "Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində çoxsaylı insanın, uşaqların tələf olması və onlarla adamın xəsarət alması barədə xəbər məni dərindən sarsıtdı. Kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu qəmli günlərdə yanınızda olduğumu bildirirəm".

Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər ölüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net