Yanan binanın sakinləri: “Geyinməyə paltar tapmırıq...”
Tarix: 22-05-2015, 15:37 | Çap et
Yanan binanın sakinləri: “Geyinməyə paltar tapmırıq...”
Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin binasında icra başçısı Hacıbala Abutalıbov Binəqədi rayonunda yanan binanın sakinlərini qəbul edir.

İclasda sənədləri düzələn vətəndaşlara kompensasiyanın veriləcəyi gözlənilir.

ASAN xidmətdən sənədləri əldə edəndən sonra bankdan onlara ayrılmış pulu çıxara biləcəklər: "Ailədə pulun kimin götürəcəyinə özünüz qərar verin. Həmin adam da pulu götürsün. Sonra mənə deməyin ki, pulu bacım aldı, ondan al ver mənə. Mən onu edə bilməyəcəm".

Yanan binada kirayə qalan bir kişi isə qeyd edib ki, geyinməyə paltarları yoxdur: "Biz əynimizə paltar tapmırıq ki, geyinək. Qonşunun paltarını geyinmişik. Bizə bunun üçün maddi yardım edilsin".

Mer isə sakinlərin nəzərinə çatdırıb ki, paltar və yemək üçün əlavə min manat veriləcək.

Abutalıbov bir daha binada kirayədə qalanların taleyinə toxunub: "Kirayədə yaşayanlar ev sahibi ilə müqavilə imzalasın, gətirib bizə təqdim etsin. Biz də onun kirayə pulunu dövlət hesabına ödəyək".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net