`Əgər özünüzünü KİV sayırsınızsa...` - Azadlıq Radiosuna ittiham
Tarix: 22-05-2015, 12:22 | Çap et
`Əgər özünüzünü KİV sayırsınızsa...` - Azadlıq Radiosuna ittiham
“Əgər siz doğrudan da özünüzü KİV sayırsınızsa, onda gərək mənim fikirlərimi də verərdiniz. Özü də təhrif etmədən. Əvvəl kontekstdən çıxarıb bir-iki cümlə verdiniz. Tapşırıq olan kimi onu da çıxardınız”.

Bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov “Azadlıq” radiosuna ünvanlayıb. Belə ki, “Azadlıq” radiosu Riqada «Şərq tərəfdaşlığı» sammitində onun fikirlərini əvvəlcə saytına qoysa da, sonra tamamən silib.

- Azərbaycanla bağlı Norveç hökuməti Polşanın Helsinki Fonduna külli miqdarda qrant ayırıb. İndi onlar da Ales Bialiatskinin konvoy altında hər gün bir neçə tədbirə aparırlar. O da əlindəki `şparqalka`da yazılanları tutuquşu kimi təkrar edir. Orda Azərbaycanı digərləri də tənqid etdi. Bu, normaldır. Amma muzdlu tənqidçilərin cavabını vermək lazım idi. Mən də vedim cavabını. Bu insan guya Azərbaycanda insanların taleyindən narahatdır. Mən İsə çıxışımı belə başladım: "Dünən Bakı şəhərində faciə baş verib, çoxsaylı insan tələfatı var. Məncə, Azərbaycanda insan hüquqlarından narahat olanlar elə bundan başlamalı idilər. In azından, bir dəqiqəlik sükut elan etmək olardı... – deyə hüquq müdafiəçisi bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net