“ABŞ 2 il öncə Ərəbistanla razılaşmışdı” – Şok iddia
Tarix: 22-05-2015, 11:33 | Çap et
“ABŞ 2 il öncə Ərəbistanla razılaşmışdı” – Şok iddia
ABŞ-ın son zamanlar ərəb ölkələri ilə yaxınlaşmasının səbəbi məlum olub.

Axar.az xəbər verir ki, Sputnik-ə danışan ABŞ Dövlət Departamentinin rəsmisi Körfəz Əməkdaşlıq Şurası (GCC) ölkələrinə göstərilən xüsusi güzəştin pərdəarxasını açıb:

“ABŞ-ın GCC nümayəndələrini Kemp Deviddə toplaması və dünən Səudiyyə Ərəbistanı ilə 1,9 milyard dollarlıq silah razılaşması Vaşinqtonun bölgədəki nüfuzunu geri qaytarmağa və İranla nüvə mövzusunda razılığa yol açsa da, əslində kosmetik münasibətlərin ömrü az ola bilər”.

ABŞ rəsmisinin iddiasına görə, bir neçə gün öncə Səudiyyə Ərəbistanına 10 ədəd “Seahavk” vertolyotu və 38 ədəd “Hellfire” mərmisinin satılması kimi imtiyazlar 2 il əvvəldən planlaşdırılıb:

“Körfəz ölkələrinə raket əleyhinə müdafiə sistemlərinin satılması mövzusunda illərdir davam edən əməkdaşlığımız var. Bir müddət öncə razılıq əldə olundu. Bu razılığın təməli 2013-cü ildə qoyulmuşdu”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net