Binəqədi faciəsinə görə kimlər həbs olunub (SİYAHI)
Tarix: 22-05-2015, 11:26 | Çap et
Binəqədi faciəsinə görə kimlər həbs olunub (SİYAHI)
16 mərtəbəli binada baş vermiş yanğınla bağlı iş üzrə daha 4 nəfər saxlanılıb. Məhkəmənin qərarı ilə Global Stone üzlük material istehsalı şirkətinin baş direktoru Uğur Bəşirov, Global Construction şirkətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin rəisi Ədalət Rəcəbovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ə.Rəcəbov 2012-2013-cü illərdə rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbəri vəzifəsində çalışıb.

Baş Prokurorluq, DİN və FHN-in birgə məlumatında deyilir ki, həbs olunanlara qarşı CM-in 225.2-ci (yanğın təhlükəsizliyi tələblərinin pozulması) və 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb.

Bundan öncə yanan evdə üzlük işlərini aparan Global Construction şirkətinin sahibi Miryusif Mahmudov həbs olunub.
vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net