İrana qarşı sanksiyaların ləğv edilməsi neftin qiymətinə təsir etməyəcək
Tarix: 22-05-2015, 10:05 | Çap et
İrana qarşı sanksiyaların ləğv edilməsi neftin qiymətinə təsir etməyəcək
İrana qarşı sanksiyaların ləğv edilməsi uzunmüddətli perspektivdə neftin qiymətinə təsir etməyəcək. Trend-in məlumatına əsasən, bu barədə dünən Bakıda keçirilən XII “MDB və Baltikyanı ölkələrin istiqraz konqressi”ndə Bakı Dövlət Universitetinin Riyazi İqtisadiyyat kafedrasının professoru Murad Tağıyev deyib.

M.Tağıyev bildirib ki, sanksiyaların həmişə nəticələri pis olub: "Qısamüddətli perspektivdə onların təsiri ciddi olmaya bilər, lakin uzunmüddətli perspektivdə ölkənin iqtisadiyyatını məhv edir. Bu baxımdan düşünürəm ki, xüsusilə neft sektoruna yönəlmiş uzunmüddətli sanksiyalar öz işini görüb”.

Professor hesab edir ki, İranın qısa müddət ərzində yeni texnologiyalar tətbiq edə bilməsi çox çətindir, buna görə neftin maya dəyəri kifayət qədər yüksək olacaq və qısamüddətli perspektivdə sanksiyaların ləğv edilməsi neftin qiymətinə təsir edə bilər, ancaq daha böyük bir təsir gözləmək lazım deyil.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net