9 qat dünya çempionu: “Hələ də bu xəbərin şokundayıq”
Tarix: 22-05-2015, 09:54 |
Çap et
“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları öz peşəsinə vicdanla yanaşdıqlarını, insanların həyatı üçün ölümə belə hazır olduqlarını bir daha nümayiş etdirdilər”.
Bu sözləri Editor.az-a açıqlamasında Kikboksinq üzrə 9 qat dünya çempionu, Azərbaycan Mautay Federassiyasının vitse-prezidenti, əməkdar idman ustası Araz Musayev söyləyib.
Onun sözlərinə görə, paytaxtdakı son yanğın hadisəsi vətənini, dövlətini sevən bütün Azərbaycan vətəndaşları kimi, idman ictimaiyyətini də sarsıdıb:
“Hələ də bu xəbərin şokundayıq. Çox təəssüf ki, belə bir hadisə baş verdi. Xüsusən qəza zamanı azyaşlı körpələrin həyatını itirməsi çox təsirliydi. Neyləmək olar, vətənin başı sağolsun, qəzada dünyasını dəyişən soydaşlarımıza Allahdan rəhmət diləyirik!”.
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının göstərdiyi şücaəti yüksək qiymətləndirən dünya çempionu inanır ki, xalqımız bundan sonra birdə belə faciə ilə üzləşməyəcək:
“Mən yanğından hazırlanan kadrlara baxdım. Orada diqqətimi çəkən məqam Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının çevikliyi ilə bağlı oldu. Onlar öz həyatlarını təhlükəyə ataraq, insanları xilas etməyə, qorumağa çalışırdılar. Əsl peşəkar olduqlarını, öz peşəsinə sədaqətlə yanaşdıqlarını ortaya qoydular. Bütün bunlar bir daha göstərdi ki, bu nazirlikdə peşəkar kadr hazırlığı ilə yanaşı, kollektiv arasında vətənə məhəbbət hissinin aşılanmasına xüsusi önəm verilir”.