Çinlilər bunu da etdi - Dünyaya saxta düyü satırlar
Tarix: 21-05-2015, 17:51 | Çap et
Çinlilər bunu da etdi - Dünyaya saxta düyü satırlar
Çində plastikdən hazırlanmış saxta düyü peyda olub.

Avropa.info xəbər verir ki, düyü kartof və plastmasdan hazırlanır. Tibb işçiləri xəbərdar edirlər ki, süni düyü sağlamlıq üçün çox ziyanlıdır. Onun yeyilməsi ölümlə nəticələnə bilər.

Plastmas düyünü Çində bir neçə il əvvəl kəşf ediblər. Ancaq indi o Hindistan, İndoneziya, Vyetnam və regionun digər ölkələrinə yayılıb.

Malayziyanın Kənd Təsərrüfatı nazirliyində bildiriblər ki, saxta düyüdən şikayətləri yoxdur. Lakin bazarda yoxlama aparacaqlar.

Plastmas düyü Çindən qanunsuz yolla daşınır. Plastmas düyü əsl düyüyə olduqca çox bənzəyir. Termik emaldan sonra saxtanı demək olar ki, həqiqidən ayırmaq olmur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net