“Xəstəxanada yanğında xəsarət almış 14 nəfər qalıb” - Rəsmi AÇIQLAMA
Tarix: 21-05-2015, 16:36 | Çap et
“Xəstəxanada yanğında xəsarət almış 14 nəfər qalıb” - Rəsmi AÇIQLAMA
Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğı zamanı xəsarət alanlardan cəmi 14 nəfəri xəstəxanalarda qalıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Modern.az saytına bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 12, 6 saylı Bakı Şəhər Xəstəxanasında isə 2 nəfər müalicə alır:

“Xəstələr arasında vəziyyəti elə də ağır olan yoxdur. Vəziyyətləri düzəldikcə, yavaş-yavaş evə buraxılacaqlar”.

May ayının 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yanan binada 56 ailə olub. 16 mərtəbəli binada 143 nəfər yaşayırdı.

Səhiyyə Nazirliyi 15 nəfərin öldüyünü bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net