Erməni güləşçilər Bakıya gəlir
Tarix: 21-05-2015, 15:52 | Çap et
Erməni güləşçilər Bakıya gəlir
Ermənistanın sərbəst güləş üzrə yığması Bakıya gələcək.

ANS PRESS-in məlumatına görə, erməni idmançılar iyunun 6-da ölkəmizə səfər edəcəklər. Ermənistan sərbəst güləş üzrə yığmasının baş məşqçisi Araik Baqdadyan bu barədə mətbuata açıqlamsında deyib.

I Avropa Oyunlarında Ermənistanı Qarik Barseqyan (57 kq), Volodya Franqulyan (61 kq), David Safaryan (66 kq), Qriqor Qriqoryan (74 kq), Musa Murtazaliev (86 kq) və Levan Berianidze (125 kq) təmsil edəcək.

Qeyd edək ki, bundan öncə Bakıya gələcək erməni boksçuların və cüdoçuların gələcəyi açıqlanmışdı. 12-28 iyun tarixlərində keçiriləcək Avropa Oyunlarının proqramına 16 olimpiya və 4 qeyri-olimpiya idman növü daxil edilib. Ermənistan 6 növ - boks, tekvando, cüdo, güləş, sambo və atəş növləri üzrə yarışlara qatılacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net