Nalbandyan və erməni deputatlar Suriyaya gedir
Tarix: 21-05-2015, 15:28 | Çap et
Nalbandyan və erməni deputatlar Suriyaya gedir
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və deputatlardan ibarət nümayəndə heyəti yaxın gələcəkdə Suriyaya səfər edəcək.

AzVision.az-ın erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Hökumətinin iclası zamanı diaspora naziri Qranuş Akopyan bildirib.

Onun sözlərinə görə, nümayəndə heyəti Suriyada yaşayan ermənilərin vəziyyəti ilə tanış olacaq və onlara hansı yardım edilə biləcəyi məsələsini yerində araşdıracaq. Nazir bildirib ki, hazırda Hələbdə yaşayan ermənilərin vəziyyəti yaxşılaşıb `Elektrik və su verilişi bərpa olunub. Çətinliklərə baxmayaraq ermənilərin müəyyən hissəsi şəhəri tərk etməyib. Digər ermənilər isə Suriyanın daha təhlükəsiz ərazilərinə köçüblər`.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net