“Vurğun Əyyubun Müsavata bərpası ilə bağlı qərar ləğv ediləcək”
Tarix: 21-05-2015, 14:39 | Çap et
“Vurğun Əyyubun Müsavata bərpası ilə bağlı qərar ləğv ediləcək”
“Vurğun Əyyubun Müsavat Partiyası üzvlüyünə bərpası ilə bağlı qərar araşdırılacaq və ləğv olunacaq”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova deyib. O bildirib ki, Müsavat Partiyasının Binəqədi rayon təşkilatının mayın 19-da keçirilən Şura iclasında Nizamnamə pozuntusuna yol verilib: “Orada özbaşınalıq baş verib. Şura iclası rayon təşkilatının sədrindən xəbərsiz çağırılıb. Nizamnaməyə görə, Şura ancaq rayon təşkilatının sədri tərəfindən çağırıla bilər və yaxud da növbədənkənar Şuranı üzvlərin 3/1-i çağırıla bilər. Yəni, göründüyü kimi orada Nizamnamə pozuntusu baş verib. Belə olan halda təbii ki, Şuranın qərarına bir daha baxılacaq və ləğv ediləcək”.

Xatırladaq ki, mayın 19-da Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Şura iclası keçirilib. İclasda təşkilatın özəyinin Vurğun Əyyubun partiyadan çıxarılması ilə bağlı qərarı ləğv olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net