Xalqın dərdinə külək kimi yanaşan "aparıcı"ya CAVAB
Tarix: 21-05-2015, 12:25 |
Çap et
Hər zaman hərəkətləri qınaq obyektinə çevrilən, efirdə şpaqat açan, onun-bunun üzünə tüpürən “aparıcı” Mətanət Əliverdiyeva yenə həddini aşıb. SİA-nın verdiyi xəbərə görə, Mətanətin verilişində Bakıdakı yanğın haqqında “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözlərini işlətməsi insanları özündən çıxarıb.
Məsələ ilə əlaqədar olaraq jurnalist-teletənqidçi Qulu Məhərrəmli “aparıcı”nın bu tərbiyəsizliyinə fikir bildirib.
“Mətanəti xanım hesab etmirəm”
“ “Aparıcı” Mətanət Əliverdiyeva haqqında danışmağı özümə yaraşdırmıram. Hec ona xanım da deyə bilmirəm. O kimdir ki, xalqın dərdinə acısın? Mətanət kimilər afiristlik edərək, efirlərdə yıxılırlar. Guya ürəkləri gedir. Bu kimi insanlar psixoloqlara müraciət etsinlər”.
Əli Mirəliyev: “Efirdə özünü atbalaxanım kimi aparır”
“Mətanətin verilişinə baxmıram. Amma onun matəm günlərimizdə belə sözlər işlətməsi məni çox əsəbləşdirdi. Əgər onun mərifəti, xanımlığı olsaydı, ağzına gələni danışmazdı. O, xalqın dərdinə ağlaya bilmədi. Yaşlı qadındır, amma efirdə özünü atbalaxanım kimi aparır. Onu da deyim ki, Mətanəti lazımsız hərəkətlərinə və sözlərinə görə qonşu kanaldan çıxarıblar. Mətanət kimiləri dünyaya yalnız insanları aldatmaq və əyləndirmək üçün gəlib. Bu insan başa düşmür ki, 19 may günü körpələrimiz dünyasını dəyişib. Mətanət ancaq özünü bəzəyib, efirə çıxmaqla məşğuldur”.
Qeyd edək ki, Binəqədi rayonunda 16 mərtəbəli binadakı yanğında 15 nəfər ölüb, 50 nəfər yaralanıb.