“Qarabağ” bayramı ləğv etdi
Tarix: 21-05-2015, 12:15 | Çap et
“Qarabağ” bayramı ləğv etdi
“İnter”–“Qarabağ” oyunundan sonra əvvəlcədən nəzərdə tutulan atəşfəşanlıq ləğv edilib.

Bu haqda qol.az-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib. O, Bakıda 15 nəfərin faciəli ölümünə səbəb olan çoxmərtəbəli binadakı yanğına görə belə qərar verdiklərini bildirib.

PFL prezidenti deyib ki, matçdan sonra 2014/15 mövsümü Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ”a çempionluq kuboku və qızıl medal, “İnter”ə isə gümüş medal xüsusi təmtəraq olmadan təqdim ediləcək. Yəni hər hansı bayram tədbiri, atəşfəşanlıq olmayacaq. Matçdan əvvəl faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net