`Azərbaycan və Ermənistan İŞİD-ə qarşı birləşə bilər`
Tarix: 21-05-2015, 11:42 | Çap et
`Azərbaycan və Ermənistan İŞİD-ə qarşı birləşə bilər`
İraq və Şam İslam Dövləti terror təşkilatının regiona hücumu nəticəsində Azərbaycan və Ermənistan terrorizmlə mübarizədə birləşə bilər.

AzVision.az-ın məlumatına görə, bu barədə “Amerikanın səsi” radiostansiyasına açıqlamasında ABŞ konqresmeni Den Rorabaher bildirib.

“Düşünürəm ki, əgər İŞİD-in uğurları davanlı olsa və təşkilat minlərlə insanı qətlə yetirərək yeni ərazilər işğal etməyə davam etsə, onda biz yeni bir alyansın yaranmasının şahidi olacağıq. Bu alyansa indiyə qədər aralarında razılıq əldə edə bilməyən ölkələr də olacaq”, - deyə Rorabaher vurğulayıb.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net