Prezidentin tapşırığına meriyadan reaksiya
Tarix: 21-05-2015, 11:19 |
Çap et
Prezident İlham Əliyev ötən gün keçirdiyi iclasda Bakıdakı yanğınla bağlı ciddi tapşırıqlar verdi.
Ölkə başçısı bildirdi ki, yanan Binanın üzlüyündən dərhal nümunə götürülməli və materiallar təhlil edilməlidir: “Əgər orada təhlükə varsa, odadavamlı deyilsə, dərhal bütün binalarda üzlüklər sökülməlidir. Bunu tez bir zamanda etmək lazımdır. Bir həftə, maksimum iki həftə ərzində bütün binaların üzlükləri sökülməlidir, ondan sonra təmir olunar”.
Prezidentin tapşırığından sonra Bakıda bir çox binaların penoplast üzlüklərinin söküntüsünə başlanıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova AzVision.az-a açıqlamasında bildirib ki, söküntü ilə bağlı meriyada rəsmi qərar olmasa da, prezidentin tapşığını icra ediləcək.
“Əgər prezident belə bir göstəriş veribsə, sözsüz icra ediləcək. Lakin hələ ki, söküntüyə nə zaman başlanılacağı məlum deyil”-deyə icra rəsmisi bildirib.