
Türkiyədə prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanır.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb.
Qeyd olunub ki, seçki qutularının 42.78%-i açılıb. ilkin nəticələrə əsasən, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 57, 09% (11.499.994), “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu isə 42,91%-nin (8.642.542 ) səsini qazanıb.