Deputat xilaskar fəhlənin FHN-ə işə götürülməsini tövsiyə edir
Tarix: 20-05-2015, 18:17 |
Çap et
Xəbər verildiyi kimi, dünən Binəqədi rayonunda ba. verən dəhşətli yanğında xəsarət alan sakinlərin xilas edilməsində FHN-inin xilasediciləri və polislərlər yanaşı, mülki vətəndaşlar da fədakarlıq göstəriblər, onlarla insanın həyatını xilas ediblər.
Deputat Etibar Hüseynov onlardan biri haqda sosial şəbəkədə yazıb:
"Adı Kamran olduğu söylənilən bu şəxsin yaxınlıqdakı tikintidə adi fəhlə kimi çalışdığı və yanğın zamanı həyatını risk altına atmaqla bir neçə uşağın həyatını xilas etdiyi söylənilir. Əgər yazılanlar həqiqətdirsə hesab edirəm ki, hörmetli Kəmaləddin Heydərov bu insanın göstərdiyi şücaəti qiymətləndirməli, onu FHN-də işə qəbul etməlidir. Çünki bu cür qəhrəman və qorxmaz oğullara çox ehtiyacımız var".
Qeyd edək ki, Kamranın şücaəti haqqında söylənilənlər və yazılan yazılar həqiqətdir. O özü də yüngül yanıq xəsarətləri alıb.