Keçmiş nazirin qohumunun qətlində şok məqamlar
Tarix: 20-05-2015, 17:47 |
Çap et
Sabiq maliyyə nazirinin qohumunun qətlində yeni məqamlar aydınlaşıb.
TİA.AZ-a özəl qaynaqdan verilən xəbərə görə, Əvəz Ələkbərovun xalası oğlu Füzuli İsgəndərovun qatilinin gec tapılması səbəbsiz olmayıb. Mərhumu qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı Xalidə İsgəndərova cinayət əməlini yaxın qohumu hesabına gizlədə bilib.
İddia olunur ki, X.İsgəndərovanın hüquq-mühafizə orqanında çalışan yaxın adamı istintaqa müdaxilə etmək iqtidarında olub və uzun müddət qətlin üstü açılmayıb. Hətta yaxınları da qatilin kimliyindən şübhələnib.
Lakin istintaqa həmin rütbəli tərəfindən təsir olunub, cinayət işinin mahiyyəti yayındırılıb. Yalnız F.İsgəndərovun yaxını baş prokurora müraciət etdikdən sonra iş başqa müstəntiqin icraatına verilib. Bu zamanda müstəqil şəkildə təhqiqat aparan müstəntiq qatilin mərhumun həyat yoldaşı olduğunu üzə çıxara bilib. X.İsgəndərovanın qardaşı isə bacısına böhtan atıldığını və onun günahsız həbs olunduğunu mətbuata açıqlayıb.
F.İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin keçmiş rəis müavini olub. Ötən il sentyabrın 1-də, qızının toyundan iki gün sonra xüsusi amansızlıqla öldürülüb.