Baş nazirin müavini dəhşətli yanğında yaralananlara baş çəkib
Tarix: 20-05-2015, 14:05 | Çap et
Baş nazirin müavini dəhşətli yanğında yaralananlara baş çəkib
Baş nazirin müavini Əli Əhmədov Bakıda baş verən yanğında yaralanan xəstələrə baş çəkib.

ANS PRESS-in Yeni Azərbaycan Partiyasının saytına istinadla verdiyi məlumata görə, Baş nazirin müavini yanğında yaralanan xəstələrin vəziyyəti ilə tanış olmaq üçün Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində olub.

Baş nazirin müavini yaralılarla görüşüb. Tibb heyəti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.

Xatırladaq ki, yanğın hadisəsi ötən gün səhər saatlarında Binəqədi rayonunda baş verib. Binanın fasadından başlayan yanğın bir anda bütün binanı bürüyüb.

Hadisə nəticəsində 15 nəfər ölüb. Onlarla insan yaralanıb. Ölənlərdən 4-ü azyaşlıdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net