Avropa Oyunları ilə bağlı bank rəhbərlərinə XÜSUSİ TAPŞIRIQ
Tarix: 20-05-2015, 10:41 | Çap et
Avropa Oyunları ilə bağlı bank rəhbərlərinə XÜSUSİ TAPŞIRIQ
Həyata keçiriləcək tədbirlərin koordinasiya olunması məqsədi ilə hər bir bankda rəhbərlik səviyyəsində məsul şəxslərin ayrılması tapşırılıb

Azərbaycanda keçiriləcək I Avropa Oyunları zamanı ölkədə quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin stabil fəaliyyətinin təmin olunması məqsədi ilə Azərbaycan Mərkəzi Bankında (AMB) ekvayrinq xidməti göstərən kommersiya banklarının rəhbərlərinin iştirakı ilə tədbir keçirilib.

AMB-dən “APA-Economics”ə verilən xəbərə görə, tədbirdə Avropa Oyunları zamanı ölkədə quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunması üçün bank rəhbərlərinə xüsusi tapşırıq verilərək, aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb:

- bankomat şəbəkəsinin kifayət qədər milli və xarici valyutada nağd pul vəsaitləri ilə təchiz edilməsi və həmçinin, texniki baxımdan daima işlək vəziyyətdə olmasının mütəmadi olaraq monitorinqinin aparılması;

- tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində işləyən satıcıların POS-terminallardan istifadə qaydaları barədə məlumatlandırılması;

- tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalların daima işlək vəziyyətdə olması üçün monitorinqin aparılması.

Qeyd edək ki, həyata keçiriləcək tədbirlərin koordinasiya olunması məqsədi ilə hər bir kommersiya bankında rəhbərlik səviyyəsində məsul şəxslərin ayrılması tapşırılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net