Bakıda yanan binadan ürək dağlayan məqamlar
Tarix: 19-05-2015, 17:45 | Çap et
Bakıda yanan binadan ürək dağlayan məqamlar
Bakıda baş verən yanğın nəticəsində 16 nəfər dünyasını dəyişdi. Yanğının ilk dəqiqələrindən hadisə yerində olduq. Gördüklərimiz işə aşağıdakılardır:

Sakinlərin sözlərinə görə, yanğın ilk olaraq, binanın sağ küncünə vurulan fasad örtükdən başlayıb. Vüqar adlı sakinin sözlərinə görə, o yanğını görüb aşağıdakı qonşuya bildirib ki, vedrədə su gətirsin. Onun sözlərinə görə, hələ yanğın çox kiçik yeri əhatə etdiyi üçün düşünüb ki, bir neçə vedirə su ilə onu söndürmək olacaq. Lakin qonşu su doldurub gələnə qədər yanğının əhatəsi 16 mərtəbəli binanın sağ küncünü alıb. Beləliklə də onlar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə əlaqə saxlayıblar.

Elə biz orada olduğumuz zaman da FHN əməkdaşları var gücləri ilə yanğını söndürməyə çalışırdılar. Lakin alov güclü olduğu üçün binanı bürüməkdə davam edirdi. İçəridən uşaqlı-böyüklü sakinlərin qışqırıq səsləri gəlirdi. Çöldə isə içəridə qalanların yaxınlarının fəryad səsləri ətrafı bürümüşdü. FHN əməkdaşları ətrafda olanları uzaqlaşdırıb içəri daxil oldular. Sakinlərin xeyli hissəsi içəridən sağ çıxarılsa da, yaralananlar da az deyildi.

Ərazidə xeyli sayda təcili yardım maşınlar da var idi. Bəzi sakinlər işdə olduqları üçün evlərinin yanmasından xəbərsiz idilər. Onlar hadisə barəsində xəbər saytlarından məlumat aldıqlarını və dərhal binanın yanına gəldiklərini söyləyirdilər. Ruslan adlı sakin bildirdi ki, evlərinin yandığını görüb şok halında əraziyə yaxınlaşıb:

“Əraziyə çatanda gördüm ki, qonşuları təcili yardım maşınına aparırlar. Ölənlərin də olduğunu söylədilər. Bunları görüb Allaha şükür edirəm ki, evim yansa da ailəmizin canı sağdır”.

Yanğın yerində bir Elnur Məhərrəmov adlı şəxs isə əlində uşaq şəkili FHN əməkdaşlarına yaxınlaşıb bildirirdi ki, onu içəri buraxsınlar. Həmin uşağın isə qızı olduğunu və onu tapa bilmədiyini söyləyirdi. Lakin FHN əməkdaşları bildirdilər ki, içəridən hər kəs çıxarılıb təcili yardım maşınları ilə xəstəxanalara aparılır. Sonradan isə məlum oldu ki, Elnur Məhərrəmovun qızı olan Fərəh Məhərrəmova dünyasını dəyişib. Onun anası Günay Şövkət qızı isə dərisinin çoxsaylı yanıqları diaqnozu ilə Toksikologiya mərkəzinə yerləşdirilib.

Beləliklə də Bakıda bu gün yanın bina Məhərrəmovlar kimi bir neçə ailəyə faciə günü kimi yadda qaldı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net