"Güzgüyə baxmağı sevmirəm" - Ayan
Tarix: 19-05-2015, 15:50 |
Çap et
Müğənni Ayan Babakişiyeva güzgüyə baxmağı sevmir.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Yeri gəlmişkən” verilişində danışıb:
“Aynaya baxmağı sevmirəm. Səhnəyə çıxmazdan əvvəl isə əsla güzgü önünə keçmirəm. Əksər qadınlar deyir ki, aynaya baxanda qocaldığımı hiss etdim. Mən qocalmağa tələsmirəm, ona görə, əksimə az baxıram (gülür)”.
A.Babakişiyeva makiyajdan da az istifadə etdiyini bildirib:
“Ancaq efirə və səhnəyə çıxanda makiyaj edirəm. İnsanlar tanınmışları makiyajsız görməyə öyrəşməyiblər. Bizi sadə halda görən təəccübünü gizlətmir. Mənim belə hallara kompleksim yoxdur. Adi gündə saçlarımı yığıram, gözümə də eynəyimi taxıb, yola düşürəm”.