Deputat: “Azərbaycan dünyaya səs salacaq”
Tarix: 19-05-2015, 15:45 |
Çap et
“Azərbaycanda keçiriləcək I Avropa Oyunları mühüm tarixi hadisədir”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc söyləyib.
Onun sözlərinə görə, Azərbaycan Avropada iddiasını ortaya qoyaraq, bu yarışın keçirilməsi üçün bütün lazımi təşkilati işləri reallaşdırıb:
“Bu yarışmada 6 mindən artıq idmançı qələbə uğrunda mübarizə aparacaq. Yarışma dünyanın yüzlərlə aparıcı televiziya və xəbər saytlarında yayımlanacaq. Bütün dünya ölkəmizin gücünü, qonaqpərvərliyini görəcək. Nəzərə almaq lazımdır ki, bu gün idman həm siyasi, həm mədəni hadisə olaraq dünyanın tarixinə daxil olub. Uzun illər boyu bu hərəkət vasitəsilə sülh, əminamanlıq, dostluq, birgə mübarizə təbliğ edilib. Bunun alternativi sadəcə müharibələrdir, kütləvi qırğınlardır, qanların tökülməsidir. Azərbaycan isə böyük bir qitədə iddiasını ortaya qoyaraq bu yarışın keçirilməsi üçün bütün lazımi təşkilati işləri reallaşdırıb. Mən əminəm ki, bunu yarışlara qatılan 20 ölkənin 6 mindən artıq idmançısı da görəcək. Eyni zamanda onu 16 gün ərzində izləyən insanlar da buna əmin olacaqlar. Nəzərə alaq ki, bizim üçün bu yarışları bilet alaraq izləmək idmanın, Azərbaycanda kütləvi bir hərəkata çevrilməsinə daha da yaxından kömək göstərəcək”.