"Regionda Azərbaycan və Qazaxıstan böhrana daha çox hazırdır"
Tarix: 19-05-2015, 14:33 | Çap et
"Regionda Azərbaycan və Qazaxıstan böhrana daha çox hazırdır"
Region ölkələri arasında Azərbaycan və Qazaxıstan böhrana daha çox hazırdır.

Virtualaz.org saytı bildirir ki, bunu Qazaxıstanın Milli Bankın İdarə Heyətinin sədri Kayrat Kelimbetov bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan ehtiyat fondların yaradılması hesabına böhrana hazırlıqlı olub.

“Bu günə Milli Bankın və Milli Fondun qızıl ehtiyatları 100 mlrd. ABŞ dolları təşkil edir. Bizim hesablarımıza görə, neftin bir barelinin qiyməti 55 ABŞ dollarından yüksək olduğu təqdirdə, Milli Fondun ehtiyatlarından istifadə etməyəcəyik. Bu qiymətin mövcudluğu şəraitində kapital axını pozitiv olaraq qalacaq”, - deyə o vurğulayıb.

Bundan başqa, Qazaxıstan Milli Bankının sədri əlavə edib ki, ilin sonuncu rübündən başlayaraq Rusiya iqtisadiyyatında bərpa prosesi başlayacaq. Bunun nəticəsində gələn il regionda iqtisadi artım bütövlükdə yüksələcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net