“Çarıqlı milyonçu”nun süqutu: Hacı İbrahimin “Xəzər adaları” davam edəcəkmi?
Tarix: 19-05-2015, 12:08 |
Çap et
“Avesta” konserni prezidenti Hacı İbrahim Nehrəmlinin layihələri dondurulub. İş adamının istintaq cəlb olunmasından sonra kreditlərin qaytarılması barədə dindirilməsi biznesini risk altına qoyub.
TİA.AZ-a daxil olan məlumata görə, onun “Xəzər adaları” layihəsinin davam etdirəcəyi sual altındadır. Layihənin tikintisi dayandırılıb. Hacı İbrahimin kredit borclarının olması müştərilərin də ona inamını sarsıdıb. “Xəzər adaları”ndan mənzil almaq istəyənlərin əksəriyyəti fikrindən daşınır. Layihənin batacağından ehtiyat edən alıcılar bu şirkətdən daşınmaz əmlak almağa risk etmir.
Mənbə bildirir ki, Hacı İbrahimin bu layihəsinin reallaşması bir müddət qeyri-müəyyən görünür. Onun Elşad Məmmədov adlı sahibkara da fırıldaq gəlməsi nüfuzunu tamamilə yerə endirib. İctimai rəydə Hacı İbrahimə və şirkətinə inam azalıb. İstintaqa çağırılmasından sonra Nehrəmlinin reputasiyası daha da zədələnib.
Hacı İbrahimin qurbanlarından biri olan iş adamı Elşad Məmmədov “Avesta” konserniinə daxil olan “Həsən - 96” MTK-nın tikdiyi çoxmərtəbəli binada ümumi dəyəri 355 min manat olan iki mənzil almasına baxmayaraq, mənzilinə sahib ola bilməyib.
Məhkəmələrə müraciət edən iş adamı heç nəyə nail ola bilməyəcəyini anlayaraq, Hacı İbrahimin süqutunu gözləməyə başlamışdı. 4 il haqqının bərpasını gözləyən Qazaxlı iş adamı Elşad Məmmədov açıqlamaları ilə maraqlı nüanslara toxunub.
Elşad Məmmədov bildirib ki, uzun müddət Hacı İbrahim Nehrəmli haqqında etdiyi müraciətlər cavabsız qaldığı , təhdidlərə məruz qaldığı üçün, üç az yaşlı övladları ilə birlikdə Azərbaycanı tərk etmək məcburiyyətində qalıb.