Erməni parlamentində qaraqışqırıq
Tarix: 19-05-2015, 11:31 |
Çap et
Ermənistan parlamentinin iclası yetərincə təlatümlü keçib. İclasda elektrik enerjisi tariflərinin qaldırılması məsələsi müzakirə edilirdi.
Müxalifətdən olan deputatlar bildiriblər ki, bu cür addımlar ölkənin fəlakətli şəkildə yoxsullaşmasına gətirəcək. Tələb ediblər ki, bu məsələ ilə bağlı xüsusi dinləmələr keçirilsin.
İş o yerə çatıb ki, parlamentin spikeri Qalust Saakyan bütün mikrofonları söndürüb. Onda deputatlar danışmağı dayandırıb və qışqırmağa başlayıblar. Ona görə də onların səsi hətta küçədə eşidilməyə başlayıb. Yoldan keçənlər parlamentin qabağına yığışaraq içəridən gələn səsləri dinləməyə başlayıblar.
Parlamentin qarşısını yığılmış insanlar məhz oradan eşitdilər ki, respublikanın enerji sistemində yığılmış 300 milyon dollar borc yalnız pis rəhbərliyin deyil, həm də məmurlar tərəfindən dövlət əmlakının talan etməsinin nəticəsi idi. Məmurlar dövlət vəsaitlər hesabına bahalı xarici maşınlar və şəxsi istifadə üçün torpaq sahələri alırlar.
Alova yağı ölkənin keçmiş baş naziri, indi deputat olan Hrant Baqratyan töküb. O bildirib ki, ölkədən ildə xaricə təxminən 500-600 mln. dollar çirkli pul axır. Parlamentin önünə yığılmış adamlar Rusiya şirkətlərinin də ünvanına söyüşlər eşitdilər. Erməni deputatların fikrincə, onlar bulanıq suda balıq tuturlar. Deputatların indiyə kimi görünməmiş çılğınlığının qarşısını almaq üçün spiker iclası dayındırmağa məcbur oldu.
Bunu da qeyd etmək lazımdır ki, qışqırtı başlayan kimi dərhal bütün curnalistləri iclas zalından çıxarıblar.
Ermənistan milli məclisində növbəti iclasın bu cür təlatümlü olub-olmayacağını zaman göstərəcək.