"Acı həqiqət: Pul hər şeyi həll edir" Bu küçədə qızlara pul qarşılığında lüt soyunmağı, digər yoldan keçən qıza başqasının sidiyini içməyi, başqa birinə ayağındakı tuflisini yalamağı təklif edən 16 yaşlı Qrişanın devizidir.
ANS PRESS-in məlumatına görə, rusiyalı milyarder İqor Neklyudovun nəvəsi Qriqori Mamurin insanlar üzərində ədəbsiz və həyasız ekspriment aparır və bunu videoya çəkib Youtube videokanalına yerləşdirir.
Bu videolarda 16 yaşlı yeniyetmənin yoldan keçən tanımadığı bir qızı pul qarşılığında küçədə çılpaq gəzməyi, digər yoldan keçənə isə bir stəkan sidik içmək üçün 10 min ödəyir. Bu video cəmi bir neçə gün ərzində 800 min baxış və minlərlə qəzəbli rəy toplayıb. Çoxları gördüklərindən şoka düşüblər. Amma hər saat ərzində videoya minlərlə yeni istifadəçi baxır.