Prezidentin köməkçisi Müsavata cavab verdi
Tarix: 15-05-2015, 14:38 |
Çap et
"Müxalifət-iqtidar dialoqunda Aərbaycanın Şərq tərəfdaşlığı sammitində iştirakının müzakirəsi mümkündür".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
PA rəsmisi Müsavat Partiyasının müxalifət-iqtidar dialoqunda adı çəkilən sammitin müzakirəsi barədə təklifinə münasibət bildirərək qeyd edib ki, tədbirlərin gündəmi siyasi partiyaların təklifi əsasında formalaşır: "Siyasi partiyalardan gələn təklifləri müzakirə edirik. Həmçinin Müsavat Partiyası da cari məsələlər bölümündə bunu qaldıra bilər. Biz gündəmə çıxardığımız əsas məsələ ilə yanaşı, cari məsələlər bölümündə partiyaların burada təklif etdiklərini də müzakirəyə çıxarırıq".
Qeyd edək ki, Müsavat başqanı Arif HAcılı ötən gün keçirdiyi mətbuat konfransında müxalifət-iqtidar dialoqunda iştirakı məsələsinə münasibət bildirib və deyib ki, əgər görüşdə Müsavatın təklif etdiyi məsələr müzakirə olunarsa, partiya bu dialoqa qatıla bilər. Sözügedən təkliflərdən biri də mayın 21-22-də Riqada baş tutacaq Şərq Tərəfdaşlığı sammitində Azərbaycanın iştirakı məsələsidir.