İŞİD tarixi Palmira şəhərinin 2 kilometrliyinə çatıb
Tarix: 15-05-2015, 11:20 | Çap et
İŞİD tarixi Palmira şəhərinin 2 kilometrliyinə çatıb
İŞİD terror təşkilatı nəzarətsiz qalan Suriya səhrasından keçərək Homsun şərqində əs-Səxna rayonunu tutub və tarixi Palmira şəhərinin bir neçə kilometrliyinə çatıb.

SalamNews –un Suriya İnsan Hüquqları Müşahidə Qrupuna istinadla verdiyi xəbərə görə, İŞİD ötən gün Palmira şəhərinin şərqində bəzi binaları ələ keçirib. Lakin, ordu əks hücumla onları geri ala bilib. Hazırda Palmira şəhərinin ətrafında ordu ilə İŞİD arasında şiddətli döyüşlər gedir.

Suriyada rəsmi və qeyri-rəsmi hüquq təşkilatları İŞİD-in Palmiranı ələ keçirəcəyi təqdirdə onun da, Mosul şəhərindəki tarixi muzey və Nimrud abidələrinin aqibətinə məruz qalacağı barədə xəbərdarlıq ediblər.

"Al-HadasNews" Palmira ətrafında gedən döyüşlərə işarə edərək, İŞİD-in ötən gün burada yerli sakinlər və təhlükəsizlik qüvvələri üzvlərindən 26 nəfəri edam etdiyini deyiblər.

Qeyd edək ki, İŞİD Suriyanın şərqində Dirazzuru tutduqdan sonra demək olar nəzarətsiz qalmış Suriya səhrasından keçərək, ölkənin mərkəzində yerləşən Homs əyaləti və Dəməşqətrafı əyalətin şərqinə qədər nüfuz edə bilib. Hazırda Suriyada “Səhra Gəlini” adlanan və dünya tarixi irsinin ən nadir incilərindən olan Palmira şəhəri təhlükə altındadır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net