Bu oğlanın əzələləri insanı şoka salır (FOTO)
Tarix: 5-05-2015, 12:35 |
Çap et
Əzələlərini inkişaf etdirmək istəyən gənc az daha qollarını itirəcəkdi.
ANS PRESS-in məlumatına görə, 25 yaşındakı Romario Dos Santos Alveş qollarını şişirmək üçün yağ, spirt və süni maddələrdən istifadə edib. Əzələli olmaq üçün tapdığı bu üsul gəncin az qala həyatı bahasına başa gələcəkdi.
Braziliyanın Kaldas Novas şəhərində yaşayan və Alveş bu dərmanlardan istifadənin bağlılıq yaratdığını söyləyir: "Getdiyim idman salonunda bəzi dostlarım mənə bu dərmanlardan istifadə etməyi məsləhət gördülər. Bir dəfə istifadə etdikdən sonra davamlı olaraq istədim. Bu maddələr məndə vərdiş yaratdı".
Dərmanlara bağlandığı üçün həyat yoldaşı ondan imtina edib. Marisanqela Marinyo (22)pis vərdişini buraxmasa Alveşi tərk edəcəyini bildirib: "Ya bu dərmanını buraxacaqsan, ya da mən səndən ayrılacağam", - deyə Alveşin arvadı söyləyib.
Həyat yoldaşının iradı və "ya mən, ya idman" seçimi irəli sürməsindən sonra idmançı həkimə müraciət edib. Ancaq həkimlər müalicə üçün Alveşə qollarının kəsilməli olduğunu söyləyiblər. Əzələlərdəki yağların çıxarılması üçün ya qolları kəsilməli idi, ya da bütün bədən nayihələri deşilməli idi. Ancaq sonradan başqa bir üsuldan istifadə edərək Alveşi müalicə etmək mümkün olub. Gənc oğlan həmin hadisədən sonra süni maddələrdən istifadədən imtina edib.