Ölkəmizə verilən beynəlxalq dəyər Birinci AVROPA OYUNLARI
Tarix: 4-05-2015, 17:36 | Çap et
Ölkəmizə verilən beynəlxalq dəyər Birinci AVROPA OYUNLARI
Bakı ümumən türk dünyasıüçün önəmli olan və hələ indiyə qədər heç bir türk dövlətində keçirilməyən böyük bir idman tədbirinə- Birinci Avropa Oyunlarına hazırlaşır. Dövlətimizin iqtisadi inkişafının yüksək olması bu oyunlara hazırlıq anında da özünü açıq şəkildə büruzə verdi. Belə ki, Azərbaycan hazırlıq mərhələsini gözləniləndən tez və daha peşəkar səviyyədə yekunlaşdırmaqla, Avropanın bir çox liderlərinin heyrətinə səbəb olacaq davranış sərgilədi. Aprelin 26-da - Birinci Avropa Oyunlarının başlanmasına hələ 47 gün qalmış oyunların məşəli alovlandırıldı. Bununla da Azərbaycan hazırlıq işlərini yekunlaşdırdığını və qonaqları qəbul etməyə hazır olduğunu bütün dünyaya bəyan etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkin iştirakı ilə keçirilən mərasim bütün dünyaya səs saldı.

Lakin təəssüflər olsun ki, Azərbaycanın bu uğurlarına sevinməyən xarici qüvvələr və onların daxildə olan bəzi havadarları dövlətimizin bu uğurunu kölgədə qoymaq üçün açıq kampaniyalara başladılar.

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi hüququnun ölkəmizə verilməsi artıq iqtisadi və siyasi nailiyyətlərimizə dünya tərəfindən verilən mükafat idi. Müqayisəüçün 1990-cı illərin əvvəllərinə diqqət etsək, görərik ki, əgər bir zamanlar Azərbaycanı təkcə Bakıya görə, daha dəqiq desək neftə görə tanıyırdılarsa, bu gün böyük iqtisadi güc, Qafqazın söz sahibi kimi adımız hallanır. Birinci Avropa Oyunları cənab prezidentin uğurlu siyasətinin bir parçası olan "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na da öz müsbət təsirini göstərəcək. Mövzu ilə bağlı Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə ilə söhbətimiz zamanı, o Birinci Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətinin ən sadə tərəflərini göstərdi.

Aydın Mirzəzadə “Həftə içi” qəzetinə aşıqlamasında bildirdi ki, xalqımız xaricdən idarə olunan, dövlətimizin inkişafını istəməyən qüvvələrin təxribatına inanmamalıdır:

“Çoxsaylı qonaqları qəbul etmək, beynəlxalq nüfuza malik tərbiri keçirməyə hazırıq. Bu artıq dünyanın Azərbaycanı tanımasıdır. İki il ərzindəölkəmiz oyunlara yüksək səviyyəli hazırlıq mərhələsini başa vurdu. Digər ölkələrdə bu proses 8 il olduğu halda, Azərbaycan qeyd etdiyim kimi, bunu 2 il ərzində edə bildi. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin dünyadakı nüfuzunun bir az da artmasına səbəb olacaq. Siyasi, ictimai və idman tədbirlərinin ölkəmizdə keçirilməsi üçün qapılar açılacaq. Həmin oyunlara hazırlıq ölkəmizin bir sıra kommunikasiya problemlərini həll etməsini önəçəkdi. Oyunlar qurtaracaq, lakin çəkilən yollar, tikilən otellər və digər bu kimi yerlər Azərbaycana qalacaq. Həmçinin, bu oyunlardan biz maddi gəlirlər dəəldə edəcəyik. Baxın, Azərbaycana gələn turistlərin ölkəmiz haqqında yüksək təəssüratla geri dönməsi növbəti illərdən Azərbaycana geniş turist axınının yaranmasına səbəb ola bilər. Bu oyunlar vasitəsilə Azərbaycan adı dünyaya daha da çox tanıdılır. Dünya xalqlarıölkəmizin mədəniyyəti ilə tanış olur. Bunlar hamısı xalqımızın, dövlətimizin güclənməsinə xidmət edən amillərdir. Biletlərin satışından, turistlərin Bakıya olan səfərindən Azərbaycan xeyli gəlir götürəcək ki, bu da qeyd etdiyim kimi oyunların bizə verdiyi maddi qazancdır. Bu baxımdan Azərbaycan xalqı bu cür beynəlxalq tədbirlər öncəsi sıx birləşməli, dövlətimizin mənafeyi naminə birlik nümayiş etdirməlidir”.

2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsində olduğu kimi bu il də Azərbaycana qarşı müxtəlif xarici təşkilatlar tərəfindən əks-təbliğat kampaniyaları aparılır. Lakin elə 2012-ci ildə olduğu kimi bu il də dövlətimizin ayıqlığı nəticəsində bu kimi təbliğatların qarşısı uğurla alınmaqdadır. ABŞ-ın dövlət katibi Con Kerrinin kabinetindən idarə olunan bu kimi təxribatların zamanında ifşa olunması Azərbaycanın güc strukturlarının vəümumən dövlətimizin gücündən xəbər verir.

Məsələ ilə bağlı politoloq Qabil Hüseynli ilə söhbətimiz zamanı o bu kimi təzyiqlər zamanında cəmiyyətimizin nə etməli olduğunu bildirdi:

“Amerika Azərbaycanın siyasətindən qəzəblənib və açıq-aşkar bildirirlər ki, onları yerlərində oturtmağın vaxtıçatıb. Bu məsələdə ABŞ-ın milli demokratiya institutunun və digər təşkilatların iştirakı ilə birgə koalisiya da düzəldiblər. Əsas məqsəd təbii ki, Birinci Avropa Oyunlarına qarşıəks-təbliğat aparılmasıdır. Oyunlara gələcək olan ölkələrin xarici işlər nazirlərinə müraciət edərək, onları bu tədbirdə iştirak etməkdən çəkindirməyəçalışırlar. Artıq Qərb BBC, CNN kimi məşhur telekanallardan da istifadə edərək, Azərbaycana əks-təbliğatlara başlayıb. Fikir verin, 2012-ci il “Eurovision” mahnı müsabiqəsi zamanı da bu belə idi. Çox təəssüf ki, bu proseslərə Emin Milli, Elmar Şahtaxtinski kimi şəxslər də qoşulublar. Artıq bəllidir ki, bu məsələlər ABŞ dövlət katibi Con Kerrinin kabinetində də müzakirə edilir. Bütün bunlar onu göstərir ki, Amerika Azərbaycanın uğurlarına sevinmir. Çünki məsələnin motivi belədir ki, Avropa Oyunlarının ardınca, Formula 1, İslam oyunları kimi iri tədbirlər olacaq. Bu isəölkəmizin dünyada tanınmasına və iqtisadi baxımdan inkişafına xidmət edir. Təbii ki, xristian dövlətləri yeni bir gücün yaranmasını istəmirlər. Lakin Azərbaycanı heç bir halda Liviyanın və ya Suriyanın gününəçevirə bilməzlər. Xalqımız siyasi rəhbərliyi ətrafında sıx birləşib. Edilən təbliğat vasitələri öz məqsədinəçatmayacaq. Biz sadə vətəndaşlar, hazırda ölkəmizin inkişafı, tanıdılmasıüçün vacib əhəmiyyət kəsb edən Avropa Oyunlarının uğurla keçirilməsi üçün lazım olan hər bir addımı atmalıyıq, sıx birləşməliyik. Xarici təbliğatlara uymamalıyıq. Belə olduğu təqdirdə hər şey yaxşı olacaq”.

Cənab prezident İlham Əliyevin söylədiyi kimi, ölkəmizə qarşı hər zaman təzyiqlər olub. Lakin bunlar bizim inkişafımıza mane olmayıb.

Millət vəkili Siyavuş Novruzov ilə söhbətimiz zamanı o məhz bu məqamlara toxundu. S.Novruzov bildirdi ki, Azərbaycan dünyada böyük nüfuz sahibidir. Bir çox dünya səviyyəli tədbirlərin ölkəmizdə keçirilməsi də bu nüfuzun göstəricisidir. Bu mənada, ilk Avropa Oyunları da Azərbaycanın dünyadakı müsbət imicini daha da gücləndirəcək:

“Azərbaycan sülh, dostluq məkanı kimi dünyada özünü təsdiq edib. Möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsində məkan olaraq Azərbaycanın seçilməsində də bu amil mühüm rol oynayır. İlk Avropa Oyunları iləəlaqədar hazırda dünyanın diqqəti ölkəmizə yönəlib. Amma müəyyən dairələr Azərbaycanın bu uğurlarına qısqanclıqla yanaşırlar. Təbii ki, burada erməni izi də var. Erməni lobbisi və onun təsirində olan dairələr, “sapıözümüzdən olan baltalar” hər fürsətdə Azərbaycana ləkə atmağa çalışırlar. Birinci Avropa Oyunlarıərəfəsində baş verənlər buna sübutdur. Bu cəhdlər heç bir nəticə verməyəcək. Çünki xalqımız prezidentimizin ətrafında sıx birləşib. Cəmiyyətimiz belə kampaniyaların hansı səbəblərdən qaynaqlandığını yaxşı bilir”.

Dünya təcrübəsinə nəzər salsaq görərik ki, geniş miqyasda keçirilən idman yarışları təkcə həmin dövr üçün əhəmiyyətli olmur. Belə layihələr uzun müddətə qoyulan investisiyadır. Oyunlara çəkilən xərclərin 78 faizi infrastruktura yönəldilib. Bu da o deməkdir ki, stadion, qapalı salonlar növbəti illərdə də xalqa xidmət edəcək, beynəlxalq yarışlara ünvan olacaq. Gələcəkdə beynəlxalq çempionatları burada keçirmək mümkün olacaq.

Oyunların iqtisadi tərəfinin Azərbaycan üçün əhəmiyyəti barəsində iqtisadi-ekspert Vüqar Bayramovla söhbət etdik. Bayramov da təsdiqlədi ki, bu oyunları iqtisadi baxımdan qiymətləndirərkən, yalnız oyunlar keçirilən müddətdəölkəmizdəəldə ediləcək gəlirləri hesablamaq doğru deyil:

“İlk Avropa Oyunları strateji layihədir. Bu layihə uzun müddət ölkəmizə gəlir gətirəcək. Kiçik və orta sahibkarlar daxil olmaqla, ölkə iqtisadiyyatı bu tədbirlərdən faydalana biləcək. Oyunlar iqtisadiyyatın müxtəlif sektorlarıüçün maliyyə imkanları yaradacaq. Bu isəölkə sahibkarlarının qısa və uzunmüddətli dövrdə oyunların keçirilməsindən faydalanmasına şərait yaradacaq. Birmənalı olaraq söyləyə bilərəm ki, oyunlar ölkəmizə xarici investisiyaların cəlb edilməsinə də təsir göstərəcək. Belə olduğu təqdirdə oyunlar keçirilən zamanı təhlükəsizlik tədbirlərinin alınması, turistlərin mümkün qədər ölkəmizdən razı getməsinəşərait yaratmaq lazımdır”.

Təhlükəsizlik tədbirləri dedikdə isə nəyin nəzərdə tutulması barəsində Milli Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşı polkovnik-leytenant İlham İsmayılla danışdıq. İlham İsmayıl bildirdi ki, oyunlardan asılı olmayaraq, Azərbaycanın güc strukturlarıölkəmizdə təhlükəsizliyin təmin olunmasına peşəkarlıqla yanaşıb buna da nail olurlar:

“İstənilən ölkədə bu kimi tədbirlərə təhlükəsizlik nöqteyi-nəzərindən ciddi yanaşılır. Bir vaxtilə buna “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi zamanı da şahid olmuşduq. Bildiyim qədərindən Avstriyadan mütəxəssislər çağırılaraq bu işə baxan dövlət qurumları ilə treninqlər aparılmışdı. İndi də yəqin ki, bu istiqamətdə işlər görülür və beynəlxalq təcrübəyəəsaslanıb müəyyən addımlar atılacaq”.

Sabiq polis rəisi, polkovnik-leytenant Mahmud Hacıyev də məsələ ilə bağlı fikir bildirərkən aşağıdakıları söylədi:

“Gördüyünüz kimi, artıq xaricdən Azərbaycana qarşı olan qurumların siyasətləri daha da kəskinləşib. Bu kimi hallar hər zaman müşahidə olunmaqda idi. Sadəcə olaraq, müəyyən məqamlar vardır ki, o zaman bu kimi təşkilatların, onları himayə edən şəxslərin fəaliyyəti şiddətlənir. Belə olduğu təqdirdə dövlətimizin rifahı naminə bütün güclər bir araya gətirilməlidir. Eləcə də polis işçiləri. Bu tədbirlər sırasında polis əməkdaşlarının geyim formalarından tutmuş, davranış qaydalarına kimi bir daha təlimlər keçirilməli, nəzarət olunmalıdır. Polisin vəzifəsi asayişi qorumaqdır. Bunun öhdəsindən var gücləri ilə gəlməyəçalışmalıdırlar”.

Bu gün ölkəmizin istənilən regionunda olan inkişaf və yenidənqurma işləri ilə bərabər xalqın güzəranının da yaxşılaşdırılmasıüzrə də dövlətimiz tərəfindən işlər aparılır. Ekspertlərin dəşərhlərindən aydın olduğu kimi, Birinci Avropa Oyunlarından sonra Azərbaycanda əhalinin rifahı daha da yaxşılaşacaq. Hamılıqla birlikdə bu oyunların dövlətçiliyimiz üçün mənfi təsirsiz keçirilməsinəçalışmalıyıq.

Yazı Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net