Mirqafar Seyidov yol polisi komandirini işdən qovdu
Tarix: 4-05-2015, 17:34 | Çap et
Mirqafar Seyidov yol polisi komandirini işdən qovdu
Bakı Şəhər Yol Polisi İdarəsinin tağım komandiri işdən çıxarılıb.

Aznews.az-a daxil olan məlumata görə, aşkarlanan nöqsanlara görə idarənin tağım komandiri, polis kapitanı Mövlayev Natiq Bahadur oğlu tutduğu vəzifədən azad edilib.

Faktı sayta N.Mövlayev özü də təsdiqləyib. Bildirib ki, dünən keçirilən sıra baxışından sonra o, işdən çıxarılıb.

Xatırladaq ki, Bakıda keçiriləcək birinci Avropa oyunları ilə əlaqədar dünən Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) şəxsi heyətinə sıra baxışı keçirilib. Sıra baxışı BŞBPİ-nin rəisi, polis general-mayoru Mirqafar Seyidov, BŞBPİ-nin rəis müavini, polis general-mayoru Səhlab Bağırov, BŞDYPİ-nin rəisi, polis polkovniki Nuşirəvan Səfərov tərəfindən həyata keçirilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net