Dilənçilərin çoxu özlərini yalandan şikəstliyi vururlar. Bəziləri özlərini kor, bəziləri lal-kar, bəziləri isə ayaqdan əlil kimi təqdim edir.
Onların çoxu rollarını məharətlə ifa edirlər. Bəs görəsən belə dilənçinin pulunu oğurlayanda nə baş verər?
Belə hadisələrdən biri Hindistanda qeydə alınıb. Özünü topal kimi təqdim edən dilənçinin pulunu ona yaxınlaşan bir nəfər oğurlayır. Bu zaman dilənçi ayağa qalxaraq oğrunun dalınca qaçmağa başlayır. Maraqlısı odur ki, o sağlam insandan da yaxşı qaçır.
Bu hadisəni isə hadisə yerində olan bir nəfər telefon vasitəsilə çəkib.