Bakıda vətəndaşlardan silahlar yığışdırıldı
Tarix: 4-05-2015, 15:52 |
Çap et
Bakıda iki nəfərdən silah-sursat götürülüb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadə verdiyi məlumata görə, əməliyyat Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsi və Nizami rayon polisləri tərəfindən keçirilib.
Həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Yusifovdan “Simson” markalı tapança götürülüb.
Bundan başqa, əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayon sakini Oruc İsayevdən “AKSU” markalı silah, 43 ədəd patron və digər hərbi sursat götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.