Tiflisdə Corc Buşun bannerini təhqir etdilər
Tarix: 4-05-2015, 14:34 |
Çap et
Gürcüstanın paytaxtı Tiflisdə naməlum şəxslər ABŞ-ın eks-prezidenti Corc Buşun şəkli olan banneri boyayıblar.
Virtualaz.org "Novosti Qruziya"ya istinadən bildirir ki, bannerin asıldığı küçə Corc Buşun öz adını daşıyır. Küçənin adı Buşun Gürcüstana səfəri zamanı Saakaşvili tərəfindən dəyişdirilmişdi.
Yeri gəlmişkə, o vaxt- 2005-ci ildə Gürcüstan vətəndaşı olan bir erməni C.Buşa tərəf qumbara atmışdı. Ancaq xoşbətlikdən qumbara partlamamışdı. Buna baxmayaraq, ABŞ prezidentinə sui-qəsd cəhdinə görə həmin erməniyə-Vladimir Arutyunyana ömürlük həbs cəzası verildi.
Bu dəfə isə... Xuliqanlar küçənin ingiliscə yazılmış adını və Buşun sifətini eybəcər hala salıblar. Şəhər meri Levon Narouşvili bildirib ki, yaxın vaxtda banner yenisi ilə əvəz olunacaq.