Kürd merlər Ərdoğanla görüşdən imtina etdi
Tarix: 4-05-2015, 13:07 | Çap et
Kürd merlər Ərdoğanla görüşdən imtina etdi
Türkiyədə kürd əsilli üç şəhər meri prezident seçkilərindən sonra Diyərbakıra ilk dəfə səfər edən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməkdən imtina edib.

Bu barədə AzVision.az Türkiyənin “Star” qəzetinə istinadən xəbər verir.

Nəşr yazır ki, Batman, Siirt və Diyərbakır merləri prezident Ərdoğanı “alçaldıblar”.

Türkiyə prezidenti ilə görüşdən imtina edən merlər, buna əsas kimi prezident Ərdoğanın son zamanlar kürd məsələsi ətrafında çox sərt ifadələr işlətməsini göstəriblər.

“Bu şəhərlərdə merlər, partiyamızın üzvləri Ərdoğanla görüşdə iştirak etməyəcək və onu qarşılamayacaqlar”, - deyə Demokratik Regionlar partiyasının yaydığı məlumatda bildirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net