Şəmkirin polisi də Fazil Məmmədovun tabeçiliyinə keçdi - İLGİNC
Tarix: 4-05-2015, 12:44 |
Çap et
Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi həyata keçirilib.
AzVision.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq sərəncamı ilə Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Tahir Quliyev tutduğu vəzifədən azad edilərək Oğuz RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.
Nazirin digər əmri ilə vəzifəsindən azad edilən Oğuz RPŞ-nin rəisi Cəmil Əmirov isə Şəmkir RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Cəmil Əmirov Vergilər Nazirinin birinci müavini Natiq Əmirovun qardaşıdır. Bundan başqa Nazirin digər əmri ilə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Aqil Ələkbərov tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nə rəis təyin olunub.
Daxili işlər nazirinin digər əmri ilə Şəmkir rayon Polis İdarəsinin sabiq rəisi Şükür Mehdiyev isə Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini təyin olunub.