“Azərsu” Bakıxanova qan uddurur: -“Akkord” on gündür susuz qalıb
Tarix: 4-05-2015, 11:12 |
Çap et
“Azərsu” ASC paytaxtın Bakıxanov qəsəbəsinə zülm edir.
Qəsəbənin Yavər Əliyev küçəsində yaşayanlar, “Akkord” yaşayış kompleksinin sakinləri on gündür su üzünə həsrət qalıb. Bu barədə TİA.AZ-a müraciət edən sakinlərin sözlərinə görə, problem “Azərsu” ASC-dən qaynaqlanır.
On gündür ki, 8 yaşayış binasına gün ərzində 3-4 saat su verilir. Buna qədər fasilələrlə su təchizatı olurdusa, artıq günə 2 ya 3 saat su olur.
Belə desək, qurum sakinlərə su yox, qan uddurur.
Şikayətçilər qeyd edirlər ki, problemlə bağlı komendantlara müraciət olunub. Onlar isə günahı “Azərsu”-da görüblər. Qorxmaz
Hüseynovun rəhbəri olduğu qurum yaranmış texniki problemi həll etmək istəmir.
Sakinlərin dediyinə görə, Maştağa istiqamətindəki su xətlərində nasazlıq yaranıb. Lakin hələ də bu problem aradan qaldırılmayıb. Faktiki gündə 4 saat su fasiləsi olurdusa, indi ayrı-ayrı vaxtları üst-üstə gələndə cəmi 3-4 saat su verilir.
TİA.AZ-a şikayət edən sakinlər bildirirlər ki, məsələ həllini tapmasa aksiya keçirəcəklər. Abonentlər “Akkord”in mərkəzi ofisi və
“Azərsu” ASC-nin binası qarşısında etiraz aksiyasına hazırlaşır.