Nazarbayev Putinə sadiq qaldı
Tarix: 4-05-2015, 11:05 |
Çap et
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə Mokvada keçiriləcək anım mərasimlərində iştirak edəcək.
Axar.az xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat xidməti məlumat yayıb. Məlumatda Qazaxıstan prezidentinin mayın 8-9-da Moskvada rəsmi səfərdə olacağı bildirilib.
Nazarbayev Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi iclasında və Avrasiya Ali İqtisadi Şurasının görüşündə də iştirak edəcək.
Qeyd edək ki, bu, Nazarbayevin prezident seçildikdən sonra ilk rəsmi səfəri olacaq. O, aprelin 26-da 97,75 faiz səslə yenidən Qazaxıstanın prezidenti seçilib.