Günel evlənmək üçün bəy axtarır...
Tarix: 4-05-2015, 10:53 | Çap et
Günel evlənmək üçün bəy axtarır...
Türkiyədə yaşayan Azəri qızı Günel ana olmaq istəyini dilə gətirib.

“Qafqazinfo”nun məlumatına görə, müğənni “Onlar” verilişinə açıqlamasında qız anası olmağı arzuladığını bildirib:

“Ana olmağı çox arzulayıram. Çox istəyirəm ki, qızım olsun. Qızım olsa, ona qaşlı paltarlar geyindirərəm. Ona görə gərək toy olsun. Bəy namizədlərini gözləyirəm”.

Müğənni Sibel Canın Bakıya gələcəyini bildirib:

“Türkiyədə “Səsi çox gözəl” proqramında yaxşı səsi olanları bir araya toplayırlar. Münsif Sibel Can, Sertab Erener və Gökhan Türkməndir. Sibel Can Bakıya gəlib gözəl səsli ifaçıları verilişə aparacaq. Sibel Can dedi ki, sənin kimi səsli ifaçı axtarıram. Dedim ki, məndən yoxdur”.

Günel Elnur Hüseynovun "O ses Türkiye"də qalib gəlməsinə sevindiyini də qeyd edib.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net