Google doodle-də fortepianonun yaradıcısını anıb
Tarix: 4-05-2015, 10:00 | Çap et
Google doodle-də fortepianonun yaradıcısını anıb
Bugün 4 May yəni pianoyu icad edən Bartolomeo Kristofori -nin doğulduğu gündür. FaktXəbər-in verdiyi məlumata görə, Gooogle öz doodle-də fortepianonun ilk yaradıcısını anıb.

XVIII əsrdə bəstəkar və musiqiçilər yeni alətə tələbat duymağa başladılar. Çünki kiçik alətlərin səs diapozonu onları qane etmirdi. Bu arzu italyan musiqi alətləri ustası Bartolomeo Kristofori tərəfindən 1709-cu ildə reallaşdı. O, kiçik alətləri birləşdirib, ilk fortepianonu yaratdı. Bu alətdə klavişləri basdıqda üzərinə keçə çəkilmiş taxta çəkiclərin simlərə dəyməsi nəticəsində səs alınırdı. Artıq ifaçı həm yavaş səslə (piano), həm də bərk səslə (forte) çala bilirdi. Elə alətin adı da buradan yaranmışdır – pianoforte, daha sonra isə fortepiano

İlk fortepiano çox sadə dizaynda idi. Onun nə dempferi, nə də pedalları vardı. Alət dəbə gəldiyi zaman onunla ilk musiqi - rokoko (1752-1775) ifa olundu. Daha sonra Klementi və Motsartın sonatası meydana gəldi. Klassikanın populyar olduğu dövrdə fortepiano ansambl və orkestrlərdə də dəyişiklik yaratdı və fortepiano solo ifa edən alətlər sırasına daxil oldu. XIX əsr ərzində fortepianonun iki əsas növü formalaşmışdır: I – royal (fransızca – "roual" – şahanə) – yəni üfüqi simlərlə. II – pianino (italyanca "pianino" – kiçik piano) – yəni şaquli simlərlə.

Royaldan daha güclü səslənmə tələb olunan böyük konsert salonlarında istifadə edilir. Pianinoya isə məişətdə rast gəlirik.

XIX və XX əsrin bəstəkarları – Bethoven, Şubert, Şuman, Mendelson, Şopen, Qriq, Çaykovski, Musorqski, Raxmaninov, Skryabin və b. fortepiano üçün çoxlu sayda əsərlər yazmışlar. Bu alətin zəngin ifa imkanları, demək olar ki, bütün musiqi alətlərinin diapazonunu özündə cəmləşdirən geniş diapazonu var. Fortepianoda fleytanın incə, zərif səslənməsindən, bütün bir orkestrin gur səslənməsinədək müxtəlif çalarları əldə etmək mümkündür.

Fortepianonun ifa imkanlarının daha da genişləndirilməsində görkəmli bəstəkar F. Listin xüsusi rolu olmuşdur. O, həmçinin simfonik orkestr üçün yazılmış əsərləri fortepiano üçün köçürmüşdür.

Dahi polyak bəstəkarı F. Şopeni "fortepianonun qəlbi" adlandırmışlar. O, demək olar ki, bütün əsərlərini bu alət üçün yazmışdır F. List və F. Şopen görkəmli bəstəkar olmaqla yanaşı virtuoz pianoçu olmuşlar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net