Keçmiş futbolçu İŞİD-ə qoşulub
Tarix: 2-05-2015, 12:55 | Çap et
Keçmiş futbolçu İŞİD-ə qoşulub
Qazaxıstanın “Akjayık” (Uralsk) futbol klubunun keçmiş oyunçusu Aybek Qubaydullin İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının sıralarına qoşulmaqda şübhəli bilindiyi üçün axtarılır. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 2015-ci il yanvarın 12-də Aybek Qubaydullin barəsində beynəlxalq axtarış elan edilib. O, Suriyada hökumət qüvvələrinə qarşı olan birləşmələrin tərkibində döyüşməkdə şübhəli bilinir. Qazaxıstan hüquq-mühafizə orqanlarından verilən məlumata görə, o, hələ də Suriya ərazisindədir.

Qubaydullin “Akjayık”da oynayanda komandanın kapitanı olub, ancaq sonradan futbolla vidalaşıb. 2010-cu il sentyabrın 30-da “Akjayık”ın öz meydanında “Jetısu” klubuna məğlubiyyətindən sonra kafedə dostları ilə istirahət edəndə davanın iştirakçısı olub. Dava zamanı futbolçu bir neçə yerindən ciddi xəsarət alıb. Həkimlər həyatını xilas ediblər, Aybek komandada bir müddət oynayıb, 2011-ci ildən sonra isə professional karyerasını başa çatdırıb.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, İŞİD-in sıralarında ən azı 300 qazaxıstanlı döyüşür.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net