Zakir Həsənov əmr verdi
Tarix: 2-05-2015, 11:44 | Çap et
Zakir Həsənov əmr verdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə mayın 2-də Silahlı Qüvvələrdə ümumordu iməciliyi keçirilir.

Vertikal.az xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Təsdiq edilmiş plana əsasən şəxsi heyət ümummilli liderimiz Heydər Əliyevin abidələrinin yerləşdiyi ərazilərdə, guşələrdə abadlıq və tərtibat işləri aparacaq, yaşıllıqlara qulluq göstəriləcək, müxtəlif növ ağac və gül kolları əkiləcək, digər tədbirlər həyata keçiriləcəkdir.

Yüksək bayram əhval-ruhiyyəsində hərbi orkestrlərin çıxışları ilə müşayiət olunan ümumordu iməciliyində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələrin, Sovet İttifaqı Qəhrəmanları məzarlarının ətrafında da abadlıq-təmizlik işləri yerinə yetiriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net