Bakıda qadın ərini polisə verdi: "Evdə tapança saxlayır"
Tarix: 2-05-2015, 11:43 |
Çap et
Bakı sakinindən silah götürülüb.
Səbayel Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1976-cı il təvəllüdlü Elnarə Bağır qızı Əsgərova 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, həyat yoldaşı, 1969-cu il təvəllüdlü Furqan Seyidzadə yaşadığı mənzildə “Naqan” tipli pnevmatik tapança saxlayır.
Ərizə üzrə hadisə yerinə baxış keçirən polis əməkdaşları mənzildən ərizədə qeyd olunan silah aşkar edərək götürüblər.
Hazırda faktla bağlı araşdırma aparılır.